Menyu

Kriştiano Ronaldo özünü tarixin ən yaxşısı adlandırıb

Operativ Media
Kriştiano Ronaldo özünü tarixin ən yaxşısı adlandırıb
1 dəq oxu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ronaldo fikrini karyerası ərzində vurduğu qolların sayı ilə əsaslandırıb. O, başla yaxşı oynadığını, cərimə zərbələrini dəqiq yerinə yetirdiyini, hər iki ayağı ilə zərbə vura bildiyini, sürət və gücə malik olduğunu qeyd edib.

Portuqaliyalı futbolçu Lionel Messi, Pele və Dieqo Maradonanı özündən üstün hesab edənlərin də olduğunu anlayışla qarşıladığını və bu seçimə hörmətlə yanaşdığını bildirib.

Qeyd edək ki, daha əvvəl Portuqaliya Futbol Federasiyasının Ronaldonun milli komandada çıxışına müvəqqəti qadağa qoymaq qərarı verdiyi bildirilib. Hücumçu Millətlər Liqasında Norveçlə oyunda ehtiyatda qaldıqdan sonra yığmanın düşərgəsini tərk edib. O, daha sonra bu hərəkətinə görə üzr istəyib.

Əlaqəli Xəbərlər