Menyu

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Açıq qapı günü keçirilib

Nərmin Qocamanlı
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Açıq qapı günü keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 19-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Açıq qapı” günü keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd Azərbaycan dövlətinin memarı Heydər Əliyevin siyasi irsi, eləcə də hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etmək olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları "Prokurorluq orqanlarının dövlət təsisatları sistemindəki yeri və prokurorluq orqanlarında həyata keçirilən islahatlar“, "Ulu öndər Heydər Əliyevin prokurorluğa qayğısı" və "Dövlət ittihamın müdafiəsi haqqında" mövzularında çıxışlar edib.

Həmçinin, tələbələr prokurluğun kitabxanası və kriminalistik avtomaşının iş prinsipi ilə tanış olduqdan sonra onlar üçün hadisə yerinin şərti müayinəsi təşkil olunaraq, hadisə baş verdikdə aparılan istintaq ilkin hərəkətləri izah olunub.

Sonda xatirə fotoşəkili çəkilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər