Menyu

Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımaları 7 dəfə artıb

Operativ Media
Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımaları 7 dəfə artıb
1 dəq oxu

2025-ci ildə Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımaları 2024-cü illə müqayisədə 3 dəfədən çox , 2026-cı ilin yanvar-sentyabr aylarında isə 1 il əvvələ nisbətən 7 dəfə artıb.

Operativ Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovun Vyetnamın sənaye və ticarət nazirinin müavini Fan Thi Thanqla keçirdiyi görüşdə məlumat verilib.

Görüşdə həm də ticari-iqtisadi əlaqələrin ölkələrin potensialına uyğun genişləndirilməsi, ticarətin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib. Azərbaycanda Vyetnam investisiyalı 7 şirkətin fəaliyyət göstərdiyi bildirilib. Qeyri-neft məhsulları üzrə ticarətin artırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsinin yekunlaşdırılması, eləcə də Azərbaycan-Vyetnam İşgüzar Şurasının növbəti iclasının təşkili məsələlərinə baxılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər