Menyu

Azərbaycanın qadın güləşçisi U23 dünya çempionatında gümüş medal qazanıb

Operativ Media
Azərbaycanın qadın güləşçisi U23 dünya çempionatında gümüş medal qazanıb
1 dəq oxu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Operativ Media xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ukraynalı Alina Filipoviçə 4:4 hesablı qarşılaşmada sonuncu xal prinsipinə əsasən məğlub olub və mundialı ikinci pillədə başa vurub.

Beləliklə, Günay Qurbanova Azərbaycan millisinin medal kolleksiyasına daha bir mükafat əlavə edib. Daha əvvəl Elmir Əliyev gümüş, Ruslan Nurullayev isə bürünc medal qazanıb.

Əlaqəli Xəbərlər