Menyu

AVF hakimlər üçün seminar təşkil edib

Operativ Media
AVF hakimlər üçün seminar təşkil edib
1 dəq oxu

Azərbaycan Voleybol Federasiyası (AVF) 2026–2027-ci illər mövsümündə keçiriləcək yarışlarda fəaliyyət göstərəcək hakimlər üçün seminar təşkil edib.

Operativ Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən seminarda paytaxt və bölgələri təmsil edən 35-a yaxın hakim iştirak edib. Seminar AVF-nin Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və komissiya sədrinin müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev tərəfindən aparılıb. İştirakçılara yeni mövsümdə keçiriləcək yarışlar, eləcə də voleybol qaydalarına edilmiş yeniliklər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, beynəlxalq dərəcəli hakim Fuad Ağayev tərəfindən qaydalara əlavə edilmiş 12 bənd ətraflı izah olunub, video materiallar əsasında isə cari il sentyabrın 23-dən qüvvəyə minmiş yeni qaydalar geniş şəkildə şərh edilib. Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası hakimlərin bilik və bacarıqlarının artırılması, eləcə də onların peşəkar inkişafının dəstəklənməsi məqsədilə mütəmadi olaraq seminarlar təşkil edir. Yaxın vaxtlarda hakimlik fəaliyyətinə yeni başlamaq istəyən şəxslər üçün də seminarların keçirilməsi nəzərdə tutulur.

Əlaqəli Xəbərlər