Menyu

Hindistanda yük maşını zəvvar qrupunu vurub

Operativ Media
Hindistanda yük maşını zəvvar qrupunu vurub
1 dəq oxu

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyi məlumat yayıb.

Bildirilib ki, yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı insanların üzərinə çıxıb, daha sonra isə məbədin divarına çırpılıb.

Xəsarət alanlardan bir neçəsinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Əlaqəli Xəbərlər