Menyu

İrana yeni müdafiə naziri təyin edilib

Operativ Media
İrana yeni müdafiə naziri təyin edilib
1 dəq oxu

İran parlamenti Mehrdad Əxlaqi Kitabçini müdafiə naziri vəzifəsinə seçib.

Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, 237 deputat onun lehinə səs verib.

Bununla da Kitabçi etimad səsverməsindən uğurla keçib və İranın müdafiə naziri seçilib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Məcid ibn əl-Rzanı ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin etmişdi.

Əlaqəli Xəbərlər