Menyu

Çaylarda sululuq artacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Operativ Media
Çaylarda sululuq artacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
1 dəq oxu

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Xidmətdən Operativ Media-ya bildirilib ki, oktyabrın 20-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Əlaqəli Xəbərlər