Menyu

Özbəkistanla ticarət dövriyyəsi artıb

Redaksiya
Özbəkistanla ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin ümumi həcmi 13 052,6 min ABŞ dolları və ya 43,4 faiz artaraq 43 115,85 min dollar təşkil edib.

"Operativ Media"nın xəbərinə görə, bu barədə "vergiler" qəzeti Dövlət Gömrük Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.

Hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan Özbəkistana 11 059,44 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 1 339,72 min dollar və ya 13,8 faiz üstələyir.

Özbəkistandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 57,6 faiz və ya 11 712,88 min dollar artaraq 32 056,41 min dollar təşkil edib.

Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Özbəkistanla ticarətin payı 0,36 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,09 faiz bəndi çoxdur.

Teqlər:

"Özbəkistanla ticarət dövriyyəsi artıb"

Əlaqəli Xəbərlər