Menyu

Niderland şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları nəzərdən keçirilib

Operativ Media
Niderland şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları nəzərdən keçirilib
1 dəq oxu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq logistika, yükdaşıma və liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər