Menyu

Vasitəçilər vasitəsilə ev alarkən hansı risklər yarana bilər? - Ekspert danışır

Ayşən Sadıxzadə
Vasitəçilər vasitəsilə ev alarkən hansı risklər yarana bilər? - Ekspert danışır
1 dəq oxu

Vasitəçilik xidmətlərindən istifadə edərkən ilk növbədə tərəflər arasında müqavilə bağlanmalıdır. Siz qarşı tərəfə hər hansı ödəniş etməzdən əvvəl xidmət müqaviləsi imzalamaq hüququna maliksiniz. Həmin müqaviləyə uyğun olaraq vasitəçidən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edə bilərsiniz.

Bu sözləri Operativ Media-ya əmlak eksperti Elnur Azadov deyib.

O bildirib ki, xidmətin nəticəsindən asılı olaraq komissiya haqqı, xidmət haqqı və digər ödənişlər müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilməlidir:

“Hər hansı müqavilə imzalanmadan sizdən ödəniş tələb edilməsi hüquqi baxımdan problem yarada bilər. Vasitəçinin xidmət haqqı tələb etmək hüququnun olub-olmaması tərəflər arasındakı münasibətlərin hüquqi əsaslarından və qüvvədə olan qanunvericiliyin tələblərindən asılıdır. Buna görə də vasitəçilik xidmətindən istifadə edərkən müqavilənin bağlanması vacibdir. Müqavilənin şərtləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadıqda, tərəflərin hüquq və öhdəliklərini müəyyənləşdirən hüquqi sənəd rolunu oynayır.

İkinci mühüm məsələ vasitəçilik xidmətinin keyfiyyəti və bu prosesdə yarana biləcək risklərdir. Tərəflər arasında bağlanan müqavilədə mümkün risklər, onların hansı tərəfin məsuliyyətinə aid olduğu və necə tənzimlənəcəyi dəqiq göstərilməlidir. Bu, xüsusilə daşınmaz əmlakın alqı-satqısı zamanı əhəmiyyətlidir. Əmlakın qanuni şəkildə alınıb-satılması, qiymətlə bağlı razılaşmalar və vasitəçinin üzərinə götürdüyü öhdəliklər əvvəlcədən müəyyənləşdirilməlidir.

Məsələn, təklif olunan daşınmaz əmlakın qiyməti bazar qiymətindən yüksək ola bilər. Eyni zamanda, vasitəçi üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyə və ya lazımi keyfiyyətdə xidmət göstərməyə bilər. Buna görə də müqavilədə xidmətin həcmi, keyfiyyət meyarları və tərəflərin məsuliyyəti aydın şəkildə əks olunmalıdır. Vasitəçinin xidmət haqqının ödənilməsi də müqavilənin şərtlərinə və xidmətin faktiki olaraq necə göstərilməsinə uyğun tənzimlənməlidir”.

Əlaqəli Xəbərlər