Azərbaycan Kubokunda 2-ci mərhələnin daha 5 oyunu keçiriləcək
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Operativ Media xəbər verir ki, bu gün daha 5 oyun baş tutacaq.
“İmişli” “Qaradağ Lökbatan”ı, “Şamaxı” “Hypers”i , MOİK “Şahdağ Qusar”ı sınağa çəkəcək. Hər üç oyun eyni saatda başlayacaq. “Şəfa” bu mərhələdə “Ağstafa Gəncləri” ilə qarşılaşacaq. “Kəpəz” isə “Baku Sportinq”lə qarşılaşacaq.
Daha öncə “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ” və “Zirə” növbəti mərhələyə vəsiqə qazanıb. “Xankəndi” – “Gəncəbasar” və “Zəngəzur” – “Karvan Yevlax” oyunları isə sabah keçiriləcək.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
28 oktyabr
“İmişli” – “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Yevlax şəhər stadionu, 14:00.
MOİK – “Şahdağ Qusar”
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Mahal Məmmədov. Binə qəsəbə stadionu, 14:00.
“Hypers” – “Şamaxı”
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Şamaxı şəhər stadionu, 14:00.
“Şəfa” – “Ağstafa Gəncləri”
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Azər Əsgərov. “Sumqayıt Arena”, 16:00.
“Kəpəz” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Namiq Əliyev. Gəncə şəhər stadionu, 19:00.