Menyu

Xəzərdə küləyin sürəti 32 m/s-dək, dalğaların hündürlüyü 6 metrədək artacaq – XƏBƏRDARLIQ

Operativ Media
Xəzərdə küləyin sürəti 32 m/s-dək, dalğaların hündürlüyü 6 metrədək artacaq – XƏBƏRDARLIQ
1 dəq oxu

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Operativ Media Agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

“Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır”, - məlumatda qeyd olunur.

Əlaqəli Xəbərlər