Menyu

İran ABŞ-dən sanksiyaların və blokadanın ləğvini tələb edir

Operativ Media
İran ABŞ-dən sanksiyaların və blokadanın ləğvini tələb edir
1 dəq oxu

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai Tehranın Vaşinqtona qarşı irəli sürdüyü tələblərin qanuni və məntiqli olduğunu bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə ABŞ dövlət katibi Marko Rubionun İranın nizamlanma ilə bağlı tələblərini qəbuledilməz adlandırmasına münasibət bildirərkən danışıb.

Xatırladaq ki, Marko Rubio İslam Respublikasının irəli sürdüyü bəzi şərtləri qəbuledilməz, hətta reallıqdan uzaq və əsassız hesab etdiklərini bildirib. ABŞ dövlət katibi danışıqların ciddi nəticə vermədiyini də qeyd edib.

Bəqai isə brifinq zamanı Tehranın tələblərinin hansı baxımdan qanunsuz və ya məntiqsiz olduğunu sual edib. O, danışıqlar davam etdiyi vaxt ABŞ-nin İrana hücum etməsini məntiqsiz addım kimi qiymətləndirib.

İran rəsmisinin sözlərinə görə, Tehran hər hansı danışıqlara başlanılmasından əvvəl Vaşinqtondan qanunsuz hesab etdiyi sanksiyaların ləğvini, dəniz blokadasının və müharibənin dayandırılmasını tələb edir.

Bəqai əlavə edib ki, İranın iki günlük fəaliyyət planı hələ də danışıqlar masasında qalır. Onun iddiasına görə, ABŞ Tehranın tələblərini yerinə yetirərsə, Hörmüz boğazında təhlükəsizlik iki gün ərzində bərpa edilə bilər.

Əlaqəli Xəbərlər