Menyu

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək

Operativ Media
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
1 dəq oxu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF)tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Operativ Media xəbər verir ki, bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Əlaqəli Xəbərlər