Menyu

Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Operativ Media
Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
1 dəq oxu

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci yarış günündə Azərbaycan millisinin 3 cüdoçusu mübarizə aparacaq.

Operativ Media xəbər verir ki, Hanna Zaytseva -63 kq çəki dərəcəsində 1/16 finalda Gürcüstan təmsilçisi Mariam Natelauri ilə qarşılaşacaq.

Oğlanların -81 kq çəki dərəcəsində Mehdi Abbasov 1/32 finalda italiyalı Edoardo Mikele Russo, Cəsur İbadlı isə Küveyt təmsilçisi Anas Buqammazla üz-üzə gələcək.

Təsnifat görüşləri saat 07:30-da, final bloku isə 16:00-da başlayacaq. Yarışlar Judo TV-də canlı yayımlanacaq.

Əlaqəli Xəbərlər