İndoneziyada Semeru vulkanı püskürüb
Şəfa Hüseynli
1 dəq oxu
İndoneziyanın mərkəzindəki Şərqi Yava əyalətində Semeru vulkanının püskürməsi qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Asiya ölkəsinin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, kül vulkanın kraterindən 800 metr, yəni dəniz səviyyəsindən 4476 metr yüksəkliyə çatıb. Ağ və boz rəngli tullantılar böyük intensivliklə qərbə doğru yayılıb.
Vulkanologiya mərkəzi yaxınlıqdakı ərazilərin sakinlərini və turistləri püskürən isti qayaların təhlükəsi səbəbindən kraterdən 5 kilometr məsafədə qalmağa çağırıb. O, həmçinin çay yataqları boyunca lava axınları, isti buludlar və palçıq axınları riski barədə xəbərdarlıq edib.
Sorğu