Menyu

Azərbaycan U-20 millisi İraqı məğlub edib

Operativ Media
Azərbaycan U-20 millisi İraqı məğlub edib
1 dəq oxu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirib.

Operativ Media xəbər verir ki, U-20 millimiz yenə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Əlaqəli Xəbərlər