Menyu

Aİ Şurası Ukraynaya hərbi yardım ayırıb

Operativ Media
Aİ Şurası Ukraynaya hərbi yardım ayırıb
1 dəq oxu

Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib.

Operativ Media xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək.

Yardım paketi pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə (HHM) vasitələrinin, döyüş sursatlarının, radioelektron mübarizə avadanlıqlarının, radiolokasiya sistemlərinin və partlayıcı maddələrin tədarükünü nəzərdə tutur.

Tədarüklərin 2027-ci ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.

Əlaqəli Xəbərlər