ABŞ və İsrail İrana qarşı yeni hücum ehtimalını müzakirə edir
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatların bərpası imkanlarını müzakirə edirlər.
Operativ Media xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail hakimiyyəti İranın raket potensialını sürətlə bərpa etməsindən, eləcə də hərbi və nüvə obyektlərini tələsik yeraltı komplekslərə köçürməsindən narahatdır.
Bu səbəbdən İsrail İranın mümkün hücumuna qarşı ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Telekanalın mənbələri bildiriblər ki, İsrail ABŞ ilə birlikdə İrana qarşı yeni əməliyyata başlamaqda maraqlıdır. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yeni zərbələr endirilməsi barədə qərar verib-verməyəcəyi və mümkün əməliyyatın hansı formada həyata keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, ötən həftə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru Roman Qofman ABŞ-yə səfər edərək Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff ilə görüşüb.