Menyu

Ağdam Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla qeyd olunub

Operativ Media
Ağdam Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla qeyd olunub
1 dəq oxu

Ağdam Şəhər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Operativ Media xəbər verir ki, tədbirdə Ağdam rayon sakinləri, Ağdam, Xocavənd və Füzuli rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də ətraf rayonlardan gələn sakinlər iştirak ediblər.

Bayram iştirakçıları atəşfəşanlığı böyük coşqu ilə izləyib, Ağdamın azadlıqdan sonrakı yeni həyatının sevincini birlikdə yaşayıblar.

Qeyd edək ki, Ağdam Şəhəri Günü münasibətilə şəhərdə gün ərzində silsilə mədəni-kütləvi tədbirlər keçirilib.

Əlaqəli Xəbərlər