Menyu

Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” kimi qiymətləndirib

Operativ Media
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” kimi qiymətləndirib
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi üçtərəfli görüşü mahiyyət etibarilə “üçlük sammiti” adlandırıb.

Operativ Media xəbər verir ki, bu barədə o, Ağ Evdə Asiya turnesinin nəticələrinə həsr olunmuş mətbuat konfransı zamanı danışıb.

“Dörd gün ərzində dünyanın 20-dən çox lideri ilə görüşdüm, iki yeni ticarət sazişi imzaladım, yaxın vaxtlarda isə daha 10-a yaxın sazişin imzalanması gözlənilir. Dörd böyük beynəlxalq sammitdə iştirak etdim, ABŞ-nin regionun bütün ölkələri ilə müttəfiqlik əlaqələrini bir daha təsdiqlədim, həmçinin qlobal miqyasda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdim”, – deyə Ağ Evin rəhbəri bildirib.

Tramp Asiya turnesini ABŞ prezidentlərinin ölkə tarixində xaricə həyata keçirdiyi ən uğurlu səfərlərdən biri kimi dəyərləndirib.

Əlaqəli Xəbərlər