Menyu

“Sampdoriya” Azərbaycan millisinin üzvü ilə müqaviləni yeniləyib

Əziz Əzizli
“Sampdoriya” Azərbaycan millisinin üzvü ilə müqaviləni yeniləyib
1 dəq oxu

“Sampdoriya” klubu Azərbaycan U-21 millisinin hücumçusu Lorenzo Mezzotero ilə müqavilənin müddətini uzadıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.

Razılaşmaya əsasən, klubun müqaviləni daha bir il uzatmaq – 2031-ci il iyunun 30-dək davam etdirmək hüququ da var.

Əlaqəli Xəbərlər