Menyu

Danimarka Rusiya hərbi attaşesini ölkədən çıxarır

Operativ Media
Danimarka Rusiya hərbi attaşesini ölkədən çıxarır
1 dəq oxu

Danimarka hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen TV2 telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Rasmussen, həmçinin Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın müvafiq addımlar atacağını bildirib.

O, Danimarkanın qərarına əsas kimi göstərilən məlumatları saxta adlandırıb.

Əlaqəli Xəbərlər