Menyu

İmaməddin Xəlilov dünya çempionatının bürünc medalını qazanıb

Əziz Əzizli
İmaməddin Xəlilov dünya çempionatının bürünc medalını qazanıb
1 dəq oxu

Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatının ikinci günündə K44 kateqoriyası, 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov bürünc medal qazanıb.

Operativ Media xəbər verir ki, paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Grabe, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda meksikalı Juan Garcia ilə qarşılaşan İmaməddin Xəlilov rəqibinə məğlub olub.

Qeyd edək ki, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.

Əlaqəli Xəbərlər