Menyu

Lorenzo Mezzotero: “Müqaviləni yenilədiyim üçün çox xoşbəxtəm”

Əziz Əzizli
Lorenzo Mezzotero: “Müqaviləni yenilədiyim üçün çox xoşbəxtəm”
1 dəq oxu

“Sampdoriya”nın futbolçusu Lorenzo Mezzotero klubla müqaviləsini uzatmasından məmnun olduğunu bildirib.

Operativ Media xəbər verir ki, hücumçu yeni müqavilə imzaladıqdan sonra klubun mətbuat xidmətinə açıqlamasında ailəsinin də “Sampdoriya”ya böyük inam bəslədiyini və komanda ilə birlikdə uğurlar qazanmağa çalışacaqlarını deyib.

“Bu günə qədər keçdiyim yoldan məmnunam və qürur duyuram. Müqaviləni yenilədiyim üçün çox xoşbəxtəm. Bununla belə, başa düşürəm ki, bu, yalnız başlanğıcdır. Qarşıda uzun yol və görüləsi çox iş var. Amma bu, yaxşı başlanğıc nöqtəsidir və mən çox xoşbəxtəm”, – deyə Mezzotero bildirib.

Əlaqəli Xəbərlər