Menyu

NATO qırıcıları Estoniya səmasında təlim uçuşları keçirəcək

Operativ Media
NATO qırıcıları Estoniya səmasında təlim uçuşları keçirəcək
1 dəq oxu

NATO-ya üzv ölkələrin hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələr noyabrın 23-dən 29-dək Estoniya üzərində bir sıra təlim uçuşları həyata keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət teleradio portalı məlumat yayıb.

Uçuşlar yerli vaxtla 09:00-dan 22:00-dək planlaşdırılıb. Təlimlərin bir hissəsi aşağı hündürlükdə keçiriləcək, lakin təyyarələr yer səviyyəsindən 152 metrdən aşağı uçmayacaq.

Manevrlər çərçivəsində səs sürətini aşan uçuşlar da nəzərdə tutulub. Bu uçuşlar müəyyən edilmiş hündürlüklərdə, Estoniyanın Nəqliyyat Departamenti və Mülki Aviasiya Xidməti ilə razılaşdırılmaqla həyata keçiriləcək.

Öz hərbi aviasiyası olmayan Baltikyanı ölkələrin hava məkanına nəzarəti NATO müttəfiqləri təmin edir. 2004-cü ildən etibarən alyansa üzv ölkələrin qırıcıları rotasiya əsasında Litvanın Şoknyay aviabazasında yerləşdirilir. 2014-cü ildə missiyanın ikinci bölməsi Estoniyanın Emari aviabazasında fəaliyyətə başlayıb.

Əlaqəli Xəbərlər