Menyu

Bəqayi: İran sərhədləri yaxınlığında xarici qüvvələr qəbuledilməzdir

Operativ Media
Bəqayi: İran sərhədləri yaxınlığında xarici qüvvələr qəbuledilməzdir
1 dəq oxu

İran Ermənistan tərəfinin ölkə sərhədləri yaxınlığında hər hansı xarici hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməməsi ilə bağlı Tehrana təminat verdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə “Tramp marşrutu”nun yaradılması ehtimalını şərh edərkən bildirib.

Bəqayi qeyd edib ki, İran sərhədləri yaxınlığında hərbi və ya təhlükəsizlik qüvvələrinin mövcudluğunu qəbul etmir və Ermənistan tərəfi bu məsələ ilə bağlı lazımi təminatlar verib.

Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər yaxşıdır və tərəflər arasında qarşılıqlı etimad mövcuddur. Bununla belə, Tehran üçüncü tərəflərə etibar etmir və bölgədəki prosesləri diqqətlə izləyəcək.

Bəqayi noyabrın 9-da da Ermənistanın İranı “Tramp marşrutu”nun Sünik vilayətindən keçməsinin sərhədlərin dəyişdirilməsinə səbəb olmayacağı və ərazidə ABŞ hərbçilərinin yerləşdirilməyəcəyi barədə əmin etdiyini bildirmişdi.

Əlaqəli Xəbərlər