Menyu

İran ABŞ ilə razılaşma üçün bütün cəbhələrdə müharibənin dayandırılmasını tələb edir

Operativ Media
İran ABŞ ilə razılaşma üçün bütün cəbhələrdə müharibənin dayandırılmasını tələb edir
1 dəq oxu

İran ABŞ ilə əldə olunacaq hər hansı razılaşmanın bütün cəbhələrdə müharibənin dayandırılmasını nəzərdə tutmalı olduğunu bildirir.

Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib.

Onun sözlərinə görə, müharibənin bütün cəbhələrdə dayandırılması istənilən razılaşmanın ayrılmaz şərti olmalıdır. Bəqayi qeyd edib ki, müharibənin davam etdiyi şəraitdə razılaşmanın əldə olunması mümkün deyil və bu, İranın əsas tələblərindən biridir.

Diplomat vurğulayıb ki, bu tələb yalnız İranın maraqlarına deyil, həm də ölkənin region qarşısında məsuliyyətinə uyğundur. Tehran regional təhlükəsizlik və sabitliyi vahid bütöv kimi nəzərdən keçirir.

Bəqayi bildirib ki, İranın tələbləri aydındır və Xarici İşlər Nazirliyi onların yerinə yetirilməsi üçün qətiyyətlə və ardıcıl şəkildə çalışacaq.

Əlaqəli Xəbərlər