Tovuzda mina partlayıb, bir nəfər xəsarət alıb - YENİLƏNİB
Nərmin Qocamanlı
Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Tovuz rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
***
09:23
Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partalıyışı baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media" bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.
Onun sol ayağından xəsarət aldığı bildirilir.
Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Teqlər:
"Tovuzda mina partlayıb bir nəfər xəsarət alıb - YENİLƏNİB"