Bakı sakinindən narkotik vasitə aşkar edilərək götürülüb
Nərmin Qocamanlı
Bakı şəhər sakini Məhərrəm Xasanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq heroin və 21 qramdan çox metamfetamin aşkar olunub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində, davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan əlavə 1 kiloqram 461 qramdan artıq heroin və 68 qramdan çox metamfetamin götürülüb.
Teqlər:
"Bakı sakinindən narkotik vasitə aşkar edilərək götürülüb"