Menyu

Tərtərdə tikinti işləri görən fəhlənin yaxınlığında sursat partlayıb

Nərmin Qocamanlı
Tərtərdə tikinti işləri görən fəhlənin yaxınlığında sursat partlayıb
1 dəq oxu

Tərtər rayonunun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb. O,  xəstəxanaya yerləşdirilib. 

Bu barədə "Operativ Media" DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər