Menyu

Hakimlərin konfransının hansı qaydada formalaşdırılacağı məlum olub

Hakimlərin konfransının hansı qaydada formalaşdırılacağı məlum olub

Yeni institut olan Hakimlərin konfransının hansı qaydada formalaşdırılacağı məlum olub .

"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının üzvlərinin seçilməsi üçün keçirilir.

Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:

-. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;

- hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;

- hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;

- hər rayon (şəhər) məhkəməsindən 1 hakim.

Hakimlərin konfransı bu qanunda nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.

Hakimlərin konfransı Məhkəmə-Hüququ Şurasının üzvlərini açıq səsvermə yolu ilə, iştirakçıların sadə səs çoxluğu ilə seçəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər