http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları hərbi beşnövçülük birinciliyində güclərini sınayıblar

28 May 2023 , 19:50
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları hərbi beşnövçülük birinciliyində güclərini sınayıblar

Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və idmana marağın  artırılması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi altında müxtəlif idman yarışları keçirilir. Hərbi qulluqçularımız bu dəfə hərbi beşnövçülük birinciliyində güclərini sınayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin şərtlərini və təhlükəsizlik qaydalarını iştirakçılara çatdırdıqdan sonra yarışa start verilib.

13 komandadan 75 idmançı maneələr zolağının dəf edilməsi, avtomatdan 200 metr məsafəyə atəş açma, uzaqlığa və dəqiqliyə qumbaraatma və 8 km məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

Ümumi nəticələrə əsasən tapşırıqlara ən qısa zamanda əməl edən xüsusi təyinatlılardan ibarət komandalar müvafiq olaraq 1-ci və 3-cü yerlərə, motoatıcılar isə 2-ci yerə layiq görülüb.

Fərdi hesabda qalib gələn idmançı hərbi qulluqçulara fəxri fərman, ilk üç pillədə qərarlaşan komandalara isə kubok və diplomlar təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 19:59

  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB

  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
  • 19:14

    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB

Menyu