Menyu

Qubada tanışını bıçaqlayan şəxs tutulub

Nərmin Qocamanlı
Qubada tanışını bıçaqlayan şəxs tutulub

Mayın 28-də Quba şəhəri ərazisində Elman Muradov münaqişə zəminində tanışı Seyfəddin Ağayevə bıçaq xəsarətləri yetirib. S.Ağayev  xəstəxanaya yerləşdirilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Muradov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalar davam etdirilir.

Teqlər:

"Qubada tanışını bıçaqlayan şəxs tutulub"

Əlaqəli Xəbərlər