http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Rusiya bankı Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır

29 May 2023 , 15:30
Rusiya bankı Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır

Rusiyanın “Qazprombank”ı Azərbaycanda inflyasiyanın 2023-cü ildə 8 %, 2024-cü ildə isə 7 % olacağını proqnozlaşdırır.

"Operativ Media" xəbər verir ki, bunu “Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən görüşlərin yekunlarına dair danışarkən deyib.

"Azərbaycanda inflyasiyanın ən yüksək həddi arxada qalıb və ilin sonuna kimi onun zəifləyəcəyi gözlənilir. Aprel ayında inflyasiya 2022-ci ilin sentyabrında müşahidə edilən ən yüksək səviyyə ilə müqayisədə 1,3 faiz bəndi azalaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 %-dək enməkdə davam edib.

Mərkəzi Bank xarici inflyasiya təzyiqinin zəifləməyə davam etdiyini qeyd edib. Bundan əlavə, dünyada ərzaq qiymətləri azalır: BMT-nin məlumatına görə, apreldə ərzaq qiymətlərinin artım tempi mart ayı ilə müqayisədə 0,8 %-dək (1,3 faiz bəndi) azalıb”, - o bildirib.

G.Xaydarşinanın sözlərinə görə, vergi-büdcə stimullaşdırılması fonunda ümumi tələbin genişlənməsi inflyasiya riskləri yaratmaqda davam edir: “AMB ilin sonu üçün fevral ayında təqdim etdiyi inflyasiya proqnozunu dəstəkləyir və inflyasiyanın illik ifadədə 8 %-dək zəifləməsini gözlənildiyini açıqlayıb”.

Dünya Bankının hesablamalarına görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 8,5 %, 2024-cü ildə isə 6,2 % olacağı gözlənilir.

2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta illik inflyasiya 13,9 %, ötən ilin dekabrında isə illik ifadədə 14,4 % təşkil edib

OXŞAR XƏBƏRLƏR
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
Menyu