http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

“İl ərzində 9 milyard kubmetrdən çox su istifadə olunur”

30 May 2023 , 12:40
“İl ərzində 9 milyard kubmetrdən çox su istifadə olunur”

Bu gün Bakıda dünyanın aparıcı su mütəxəssisləri və ekoloqlarının iştirakı ilə ikinci Xəzər Su İnnovasiya Forumu davam edir.

"Operativ Media" xəbər verir ki, forumun birinci panelindən danışan ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimov bildirib ki, hazırda su ehtiyatları, su ehtiyatlarına çıxış daha çox sosial məsələyə çevrilib. Lakin, onun ekoloji və iqtisadi dəyərləri də var:

“Suyun iqtisadiyyata, ümümdaxili məhsula töhfəsi bəllidir. Keçmişdə qalan anlayış indi pilləli şəkildə aradan qalxır. Başqa ölkələrlə müqayisə etdikdə su ehtiyatları Azərbaycanda az olan ölkə kimi dəyərləndirilir. Həmçinin, bizim yerüstü su ehtiyatlarımızın daha çox xarici ölkələrdə formalaşır və bu da bir növ əlavə risk yaradır.

Qiymətləndirilmələr uzun illər əvvəl aparılıb və 39 milyard kubmetr kimi dəyərləndirilib. Bizim əsasən su istifadə etdiyimiz sektor kənd təssərrüfatı və suvarma sektorudur. Burada su ehtiyatlarımızdan 90 faizə yaxını, məişət və içməli su üçün də 1 milyard kubmetr qədərində su istifadə olunur. Sənaye və digər sahələri də nəzərə alırıq. Ümumilikdə bu rəqəm 9 milyarddan bir qədər artıqdır. Ən pis halda isə il ərzində 40-50 faizə qədər su itkisi ilə qarşılaşırıq. Təəssüf ki, ölkədə sudan səmərəli istifadə olunmur. Bu səbəblə də Azərbaycan su stressi yaşayan ölkələr sırasındadır."

Xatırladaq ki, “Aqualink” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən forumda  dünyanın 15 ölkəsindən 26 aparıcı şirkət, o cümlədən 60 dan beynəlxalq səviyyəli peşəkar mütəxəssislər qatılıb.

Forumun media tərəfdaşlarından biri də "Operativ Media"dır.

OXŞAR XƏBƏRLƏR
Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

XƏBƏR LENTİ
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
Menyu