http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir

30 May 2023 , 18:23
Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir

2022-ci il dekabrın 15-də Baş prokuror Kamran Əliyev və Tacikistanın Baş prokuroru Yusuf Raxmon arasında imzalanmış “2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

Mayın 30-da Baş prokurorun birinci müavini Elçin Məmmədov nümayəndə heyəti ilə görüşərək bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirməklə, tarixən xalqlarımız arasında münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, ölkə başçılarının siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağını, xalqlarımızın rifahına xidmət göstərəcəyini vurğulayıb.

Tacikistan Baş Prokurorluğunun nümayəndə heyətinin rəhbəri Nasimcon Azimov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Daha sonra Əməkdaşlıq Proqramı çərçivəsində “Korrupsiya yolu ilə əldə edilmiş aktivlərin xaricdən qaytarılmasının aktual məsələləri” mövzusunda seminar keçirilərək hər iki prokurorluğun əməkdaşları təqdimatlarla çıxış ediblər. Seminar zamanı xüsusi müsadirə, korrupsiya ilə mübarizə və qanunvericilik sahələrində Azərbaycan Prokurorluğunun fəaliyyəti barədə geniş məlumat verilərək faydalı təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Tarix və Zəfər muzeyləri ilə tanış olublar. Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.

Tacikistan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
Göyçayda narkokuryer saxlanılıb,ondan müxtəlif növ narkotik vasitələr götürülüb

Göyçayda narkokuryer saxlanılıb,ondan müxtəlif növ narkotik vasitələr götürülüb

Aeroport şosesinde yol-nəqliyyat hadisəsi baş verib

Aeroport şosesinde yol-nəqliyyat hadisəsi baş verib

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

XƏBƏR LENTİ
  • 10:19

    Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı
  • 10:03

    ÇL: "Qalatasaray" "Mançester Yunayted" səfərində
  • 09:58

    Avropanın ən məşhur avtomobilləri hansılardır?
  • 09:49

    Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub
  • 09:45

    Dövlət Departamenti Qarabağda "etnik təmizləmə" iddialarını rədd edir
  • 09:25

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:23

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:07

    Göyçayda narkokuryer saxlanılıb,ondan müxtəlif növ narkotik vasitələr götürülüb
Menyu