Biləsuvarda təxliyə olunan ailələr evlərinə qaytarılır - YENİLƏNİB
Redaksiya
Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib. 3 kənddən təxliyə olunan ailələr evlərinə geri qaytarılır.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı FHN-in Muğan regional mərkəzinin xüsusi xilasetmə hissəsinin rəisi Fərabi Əmrahov bildirib.
***
06:56
Biləsuvarda sel təhlükəsi ilə bağlı Muğankənd və Amankənd sakinləri də təxliyə olunub.
"Operativ Media" xəbər verir ki, əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb. Sel təhlükəsi aradan qalxana kimi qurum nümayəndələri ərazidə xidmət aparacaq.
Teqlər:
"Biləsuvarda təxliyə olunan ailələr evlərinə qaytarılır - YENİLƏNİB"