Menyu

Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Mayın 30-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün yol qəzalarında 7 nəfər ölüb"

Əlaqəli Xəbərlər