Menyu

Naxçıvanda 31 yaşlı şəxs qətlə yetirilib - YENİLƏNİB

Naxçıvanda 31 yaşlı şəxs qətlə yetirilib - YENİLƏNİB

Şərur rayonunda 31 yaşlı kişi qətlə yetirilib, saxlanılan var.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də saat 19:30 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində yerli sakin, 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kəndin sakini, 1985-ci iı təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu saxlanılıb.

Araşdırmalar davam etdirilir.

20:42

Naxçıvan MR Şərur rayon Püsyan kəndində kənd sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki , cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulub istintaqa verilməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər