http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ölkəmizdə növbəti Xəzər Su İnnovasiya Forumu uğurla keçirilmişdir

01 İyun 2023 , 13:16
Ölkəmizdə növbəti Xəzər Su İnnovasiya Forumu uğurla keçirilmişdir

“Aqualink” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə 30 may 2023-cü il tarixində Bakıda dünyanın aparıcı su mütəxəssisləri və ekoloqlarının iştirakı ilə ikinci Xəzər Su İnnovasiya Forumu keçirilmişdir.

“Gələcək üçün su!” şüarı ilə keçirilmiş bu ilki foruma qeyd olunmuş sahələr üzrə dünyanın 15 ölkəsindən 26 aparıcı şirkət, o cümlədən 60 dan beynəlxalq səviyyəli peşəkar mütəxəssislər iştirak edib.

İctimaiyyətdə və biznes dairələrində böyük maraq yaradan bu tədbiri ümumilikdə 300-dən çox qonaq ziyarət etmişdir.

Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu, Caspian Energy Clubun netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə təşkil edilmiş Forumda Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika krallıqlarınin, Türkiyə, Ukraina, İzrail, Yaponiya və s. ölkələrinin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarımızla paylaşmışlar.

 

Forumun təşkilatçısı “Aqualink” şirkəti tədbirə dəstək edən və qoşulan bütün qurum və şirkətlərə dərin minnətdarlığını bildirir, “Gələcək üçün su!” şüarını altında ölkəmizin su resurslarının qorunması və düzgün idarəedilməsi üzrə səylərin artırılmasına çağırır.

 

Facebook: https://www.facebook.com/profile.php?id=100082562530028

İnstaqram: https://www.instagram.com/waterinnovationforumbaku/

Linkedln: https://www.linkedin.com/company/wif-baku/

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu