Menyu

ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb

ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) rəhbəri Miroslav Antonoviç ilə görüşüb.

ADY-dən "Operativ Media"ya bildirilib ki, görüşdə dəmir yollarında həyata keçirilən infrastruktur layihələri, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin artmaqda olan potensialı barədə ətraflı məlumat verməklə yanaşı, DYƏT-lə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

Qeyd edək ki, DYƏT 1956-cı ildə iyunun 28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Ölkəmiz 1993-cü ildən Təşkilatın üzvüdür. Hazırda DYƏT-yə üzv ölkələrinin sayı 30-dur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər