http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Şirvanda cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılıb

02 İyun 2023 , 09:12
Şirvanda cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində bir neçə rayon və şəhər sakinini aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə mənimsəyən Şirvan şəhər sakini Anar Əliyev paytaxt ərazisində saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırmalar zamanı məlum olub ki, A.Əliyev 25 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməkliklər göstəriləcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 70000 manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, A.Əliyevin barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər A.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu