Menyu

Tərtərdə odlu və soyuq silahlar götürülüb

Nərmin Qocamanlı
Tərtərdə odlu və soyuq silahlar götürülüb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbir nəticəsində rayon sakini E.Mayılov evinin zirzəmisindən tapdığı, mərhum ailə üzvünə məxsus "Walther" markalı tapançanı və 3 ədəd patronu könüllü olaraq təhvil verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, bundan başqa keçirilən əməliyyat tədbiri ilə rayon sakini R.Qasımovun yaşadığı ünvandan isə qanunsuz olaraq əldə edib saxladığı və hazırladığı 1 ədəd avtomata aid süngü bıçaq və 5 ədəd müxtəlif ölçülərdə xüsusi hazırlanmış xəncər və qılınclar aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər