Qaxda itkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapılıb - YENİLƏNİB
Nərmin Qocamanlı
Mayın 25-də itkin düşmüş1953-cü il təvəllüdlü Davud Yusifovun iyunun 2-də yanmış meyitinin aşkar edilməsi faktı üzrə Qax rayon prokurorluğunda araşdırma aparılır.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***
10:11
Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"Qaxda itkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapılıb - YENİLƏNİB"