http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Son beş ildə icra olunan sosial islahat paketləri 4 milyondan çox vətəndaşı əhatə edib

02 İyun 2023 , 11:26
Son beş ildə icra olunan sosial islahat paketləri 4 milyondan çox vətəndaşı əhatə edib

Prezident İlham Əliyevin tapşırıqları əsasında 2018-2023-cü illər ərzində 4 sosial islahat paketi icra olunub.

"Operativ Media" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 il ərzində görülən işlərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son beş ildə 4 milyondan çox vətəndaşı əhatə edən sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə artım olub. Bildirib ki, minimum pensiya 2,5 dəfə, orta aylıq əməkhaqqı 65 faiz, median əməkhaqqı 2,1 dəfə artıb: “Əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib. 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu