Menyu

BP ilə yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

Redaksiya
BP ilə yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə iqtisadiyyat naziri BP ilə səmərəli əməkdaşlığın önəmini vurğulayıb. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli enerji layihələri və “yaşıl” enerji növlərinə keçidlə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, əməkdaşlığın inkişaf etdirilməsi imkanları qeyd olunub.

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel təmsil etdiyi şirkətin dünya və regiondakı biznes proseslərində iştirakı, həmçinin Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə danışıb.

Tərəflər ölkəmizin təşəbbüskarı olduğu mühüm enerji layihələri, bərpaolunan enerji potensialı, bu sahədə görülən işlər və yeni əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər