Menyu

Paytaxtın uşaq evlər­ində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Nərmin Qocamanlı
Paytaxtın uşaq evlər­ində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Paytaxtdakı 1, 2 və 3 nömr­əli uşaq evlərinin sakinləri üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  musiqili-əyləncəli bayram tədbirləri keçirilib.əf

"Operativ Media" xəbər verir ki, bu barədə BŞİH məlumat yayıb.

Uşaq evlərinin həyətlərində, yaşıllıqlar qoynunda uşaqlar üçün süfrələr açılıb. Buradakı tədbirlərdə təşkilatçılar balaca fidanlar üçün müxtəlif əyləncələr, şən musiqi və rəqs nömrələri ilə xoş ovqat yaşadıblar.

Uşaqların qarşısında animatorlar və Dj-lər marağlı nömrələr və şoularla çıxış ediblər. Uşaqlar özləri də şən mahnı sədaları altında rəqs ediblər.

Maraqlı keçən şənliklər uşaqlar tərəfindən böyük sevinclə və gur alqışlarla qarşılandı.

Teqlər:

"Paytaxtın uşaq evlər­ində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib"

Fotogalereya

Əlaqəli Xəbərlər