Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
Azərbaycanda iyun ayının 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq.
Bunu "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Xüsusəndə Balakən, Şəki, Qazax, Gəncə, Dağlıq Şirvan rayonlarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsasən dağ və dağətəyi rayonlarda arabir25-30 metr saniyədək güclənəcək.
“Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli sel keçəcəyi gözlənilir”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net